Çexiyanın şimalında, Vşen yaşayış məntəqəsinin yaxınlığında ultrayüngül təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində pilot həlak olub.
Referans Media xəbər verir ki, bu barədə “iDNES” portalı polisə istinadən məlumat yayıb.
Təyyarə yerli aerodromdan havaya qalxdıqdan cəmi 10 saniyə sonra yerə düşərək yanıb.
Təyyarənin kabinəsində yalnız pilot olub.
Qəzanın səbəbləri araşdırılır.
