Kremldən CİA rəhbərinin Moskvaya səfəri ilə bağlı YENİ AÇIQLAMA

Kreml ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliffin Moskvaya səfəri ətrafında yayılan sui-qəsd nəzəriyyələrini və müxtəlif fərziyyələri “məşhur əyləncə” adlandırıb.

Referans Media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov CİA rəhbərinin Moskvaya səfəri ilə bağlı qeyri-rəsmi məlumatların yayılmasını şərh edərkən bildirib ki, xüsusi xidmət orqanları arasında əlaqələr müntəzəm xarakter daşıyır və məzmunlu olur.

“Xüsusi xidmət orqanları arasında kifayət qədər rutin əlaqələr ətrafında müxtəlif sui-qəsd nəzəriyyələri qurmaq, fərziyyələri və mifləri artırmaq – bu, artıq məşhur bir əyləncədir.

Lakin xüsusi xidmətlər xətti üzrə əlaqələrə gəlincə, onlar həqiqətən müntəzəm xarakter daşıyır və həqiqətən də məzmunludur”, – Peskov deyib.
 

O, həmçinin Rusiya prezidenti Vladimir Putinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşünün CİA direktorunun Moskvaya səfəri ilə əlaqəli olması barədə yayılan məlumatları təkzib edib.


“Rusiya-Belarus münasibətləri amerikalılarla təmaslardan heç bir şəkildə asılı olmayan tamamilə müstəqil bir istiqamətdir”, – Kreml nümayəndəsi vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki