Şimali Kipr sahillərində batan gəmidən 159 nəfər xilas edildi

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmidən 159 nəfərin xilas edildiyi açıqlanıb.

Referans Media "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.

M.Şenkul 159 nəfərin xilas edildiyini qeyd edib.

"Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər var. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, "Akgünlerin Express" gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub", - mer bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki