30 yaşlı rusiyalı İT mütəxəssisi Misirin Xurqada şəhərinə həyat yoldaşı və uşaqları ilə səfər etdikdən sonra naməlum virus infeksiyasına yoluxub. Bundan sonra kişi tamamilə tərləməyi dayandırıb və isti iqlim onun vəziyyətini ağırlaşdırıb.
Referans Media xəbər verir ki, kişinin gündəlik olaraq huşunu itirməmişdən əvvəlki vəziyyətə düşdüyü, nəbzinin isə dəqiqədə 200 vurğuya qədər yüksəldiyi bildirilir.
Kişi Qahirədə tibbi müayinələrdən keçməyə başlayıb. Ailə bunun üçün 8 min dollar məbləğində bütün yığımlarını xərcləsə də, aparılan müayinələr nəticə verməyib.
Nəticədə ailə artıq təxminən bir ildir Rusiyaya qayıda bilmir. Onların viza rejimini pozduqları üçün yaranan cərimələri ödəməyə və geri dönüş biletləri almağa pulları yoxdur. Bundan əlavə, sənədlərinin müddəti də təxminən bir il əvvəl başa çatıb.
Məlumata görə, kişinin yoluxduğu xəstəlik tibbi məlumat bazalarında belə qeydə alınmayıb.
