İranın ali lideri Muctəba Xamenei bütün müsəlman ölkələrini birləşməyə və ABŞ-yə qarşı mübarizə aparmağa çağırıb.
Referans Media xəbər verir ki, İranın Ali Lideri bu barədə İranda Birlik Həftəsi münasibəti ilə etdiyi müraciətdə danışıb.
“ABŞ-ın cinayətkar rəhbərləri və saxta sionist rejim bu birliyin və [müsəlmanların] dostluğunun qatı düşmənləridir. Müsəlmanların problemlərinin çarəsi birlik, dostluq və yaxşılıq istiqamətində əməkdaşlıqdır", - Xamenei bildirib.
