Aydın Əzizov İsveçrədə gümüş medal qazandı

Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində gümüş medal qazanıb.

Referans Media Azərbaycan Deflimpiya Komitəsinə istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu dairəvi sistem üzrə keçirilən yarışda 3 görüşə çıxaraq sonda ikinci pilləni tutub.

O, yarış çərçivəsində Qazaxıstan, Fransa və Macarıstan təmsilçiləri ilə qarşılaşıb.

Qeyd edək ki, A.Əzizov ilk dəfə təşkil olunan "Masters Top 18" turnirində 81 kq çəki dərəcəsində gümüş medal qazanan ilk Azərbaycan idmançısı kimi tarixə düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki