Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəldi

Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən "Euro Mini Champs" yarışında finala yüksəlib.

Referans Media Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində çıxış edən idmançı ilk 3 mərhələni lider kimi başa vurub.
 

O, 1/8 finalda Moldova, 1/4 finalda isə Fransa idmançılarına qalib gələrək yarımfinala addımlayıb. M.Mirzəbalayeva bu mərhələdə İsveçrə təmsilçisini 3:0 hesabı ilə üstələyərək həlledici görüşə vəsiqə qazanıb.


Stolüstü tennisçi finalda Latviya idmançısı ilə qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki