Gədəbəydə maşın körpüdən aşdı - 5 nəfər xəsarət aldı

Gədəbəydə xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq körpudən dərəyə aşıb.
 

Qəza zamanı Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, onun qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərindəki xəstəxanalardan birinə təxliyə olunublar.


Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki