Bu əraziləri LEYSAN VURDU

Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.

Referans Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 14:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, əsasən əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Lakin Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 mm-dək qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki