Dubayda yaşayan bir milyonerin iki ildir hər ay özünə yeni avtomobil aldığı iddia edilir.
Referans Media xəbər verir ki, qarajda yerləşən lüks avtomobillərin yan-yana düzüldüyü görüntülər sosial şəbəkələrdə qısa müddətdə viral olub. Ferraridən Lamborciniyə qədər müxtəlif superavtomobillərin yer aldığı kolleksiya istifadəçilərin böyük marağına səbəb olub.
Görüntülərin yayılmasından sonra avtomobillərin ümumi dəyəri ilə bağlı müzakirələr başlayıb. Milyonerin hər ay yeni model aldığı barədə iddia isə sosial şəbəkə istifadəçiləri arasında həm heyranlıq, həm də şübhə yaradıb.
Dubay küçələrində tez-tez rast gəlinən bahalı superavtomobillərin belə bu qarajın yanındakı kolleksiya ilə müqayisədə adi göründüyü qeyd edilib. Paylaşım milyonlarla baxış toplayaraq avtomobil həvəskarları arasında yenidən gündəmə gəlib.
Avtomobillərin nömrə nişanları və qarajda yerləşdirilmə qaydası kolleksiyanın həqiqətən də bir nəfərə məxsus olduğu barədə fikirləri gücləndirib. Bununla belə, bəzi istifadəçilər hər ay yeni avtomobil alınması iddiasının nə dərəcədə doğru olduğunu sual ediblər.
Görüntülər Dubayda dəbdəbəli həyat tərzi və böyük sərvətin nümayiş etdirilməsi mövzusunda yeni müzakirələrə də yol açıb./Ölkə.az/
