“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?

“Azərbaycanda 5 addımla rahatlıq planını qəbul etmək olar”.

Referans Media xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O qeyd edib ki, bunlardan birincisi, quru səhədlərin açılması, sərhədyanı ticarətin canlandırılmasıdır:

“İkincisi, kiçik və orta sahibkarlar üçün ƏDV-yə düşməyən dövriyyənin 1 milyon manata qaldırılması, Bakı və Abşeronda dövriyyədən cəmi 4%, regionlarda isə 2%-lik vergi sisteminin tədbiqi, digər bütün ödənişlədin (DSMF xaric) ləğv edilməsi və paralel olaraq Dövlət vəsaiti hesabına aqrar və isvestisiya bankının təsis edilməsi – fermerlərə və istehsalla, xidmətlə birbaşa məşğul olub əlavə dəyər və iş yerləri yaradan sahibkarlara simvolik olaraq 2%-lə kreditlərin verilməsidir (kreditlər ancaq kiçik-orta sahibkarlığı əhatə etməlidir).

Üçüncüsü, müxtəlif proqramlarla ölkədə 500 minə yaxın uşaqlara müavinətlər verilir, onların birləşdirilərək böyük və pilləli proqramın qəbulu, ikinci uşaqdan başlayaraq hər bir övlad üçün 100 manat dövlət dəstəyinin qəbul edilməsidir.

Dördüncüsü, aşırı tənzimləmə üçün nəzərdə tutulan bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, onların məsləhətçi orqanlara çevrilməsidir”.

N.Cəfərli son olaraq bildirib ki, DSMF-də vətəndaşların yığım kapitalına çıxış imkanlarını təmin etmək üçün qanunlara dəyişikliklər edilməlidir:

“Bu addımları ilin sonuna qədər atsaq, məmləkətdə vətəndaş rahatlayar, gələcəyə ümidi artar, ölkəmizin iqtisadi daralma burulğanından çıxmasına yardımçı olar. Azərbaycanın bir nömrəli problemi iqtisadi aktivliyin zəifləməsi, daralmasıdır – qalan hər şey bundan doğan nəticədir. Səbəb dəyişməsə, nəticəni dəyişdirmək mümkün olmaz”.

Əliyar Xəlil
Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki