Yaponiyanın Honşu adasında 5,7 bal gücündə zəlzələ baş verib.
Referans Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 24 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata əsasən, hadisə nəticəsində tələfat və dağıntı qeydə alınmayıb. Sunami təhlükəsi barədə də xəbərdarlıq edilməyib.
