image-arda-gol-bayernbackend

Bütün dünya bu qoldan danışır: Arda Güler yenə uzaqdan vurdu – VİDEO

UEFA Çempionlar Liqasıda keçirilən 1/4 final mərhələsinin cavab oyununda Real Madrid səfərdə Bayern Münhen ilə qarşılaşıb. Matçın qəhrəmanı isə Türkiyə millisinin ulduzu Arda Güler olub.

Referans Media xəbər verir ki, gənc futbolçu qarşılaşmanın cəmi 37-ci saniyəsində uzaq məsafədən vurduğu möhtəşəm zərbə ilə komandasını hesabda önə keçirib. Bu qol həm də Real Madridin Çempionlar Liqası tarixində vurulan ən sürətli qolu kimi tarixə düşüb.

Noyerin səhvini bağışlamadı

Bayern Münhenin qapıçısı Manuel Noyerin səhv ötürməsindən sonra topu ələ keçirən Arda Güler düşünmədən zərbə endirib və topu qapıya göndərərək komandasına erkən üstünlük qazandırıb.

Arda Gülerdən daha bir möhtəşəm qol

Matçın 29-cu dəqiqəsində Arda Güler yenidən səhnəyə çıxıb. Qazanılan cərimə zərbəsini yerinə yetirən gənc ulduz topu ustalıqla qapıya göndərərək hesabı 2:1 edib və komandası adına ikinci qolunu vurub.

Xatırladaq ki, Arda Güler bundan bir neçə həftə əvvəl də La Liqada Elçe ilə oyunda 68 metr məsafədən vurduğu inanılmaz qol ilə dünya futbol gündəminə düşmüşdü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki