Xəritəyə hər baxdıqda gördüyünüz o tanış Türkiyə şəhərlərinin bir vaxtlar başqa adlar daşıdığını bilirdinizmi?
Çöləmerikdən Muşkaraya, Təkfurdağdan Çapaqçura qədər uzanan bu marqlı siyahı bildiklərinizi yenidən sorğulamağa vadar edəcək.
Referans Media GZT-yə istinadən xəbər verir ki, Türkiyədə Cümhuriyyətin elanından sonra 26 vilayətin adı rəsmi olaraq dəyişdirilib.
Türkiyə Cümhuriyyətinin qurulması ilə hər sahədə həyata keçirilən yenilənmə və modernləşmə addımları coğrafi adlara da öz təsirini göstərib. Osmanlı dövründən qalan, xalq arasında fərqli tələffüz edilən və ya tarixi prosesdə yeni kimlik qazanan bir çox vilayətin adı Cümhuriyyət dövründə yenidən nizamlanıb.
Bəzi adlar öz tarixi köklərinə qayıtdığı halda, bəzi şəhərlər xəritədə tamamilə yeni adlarla yer alıb.
Türkiyənin inzibati tarixində xüsusi yer tutan və Cümhuriyyətdən sonra adı dəyişdirilən 26 vilayəti təqdim edirik:

Adana - Seyhan

Afyonkarahisar - Afyon

Aksaray - Koçhisar

Artvin - Livane

Bingöl - Çapakçur

Çanakkale - Kale-i Sultaniye

Diyarbakır - Diyarbekir

Elazığ - Elaziz

Erzincan - Eğin

Giresun - Kerasus

Hakkâri - Çölemerik

Kırklareli - Kırkkilise

Kırşehir - Gülşehir
Kocaeli - İzmit

Malatya - Aspuzu

Manisa - Saruhan

Mersin - İçel

Muğla - Menteşe
Nevşehir - Muşkara

Niğde - Bor

Sakarya - Adapazarı

Samsun - Canik

Şanlıurfa - Urfa

Tekirdağ - Tekfurdağı

Tunceli - Dersim

