Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda oldu - VİDEO

Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda olub.

Referans Media xəbər verir ki, rayon mərkəzinə bitişik Qazangül qəsəbəsi ərazisində bir neçə gün əvvəl gecə saatlarında ayı balasının küçədə qaldığı yerli sakinlər tərəfindən telefon vasitəsi ilə çəkilib.

Sakinlərin sözlərinə görə, ayı balası dağlıq-meşəlik əraziyə qaçaraq gözdən itib.

Qazangül qəsəbə sakinlərinin verdiyi məlumata əsasən, sentyabr ayının birinci ongünlüyündə Qazangül qəsəbəsinin inzibati ərazisində qəsəbə sakinlərindən birinə məxsus bağda da ayı görünüb.

Qeyd edək ki, Qazangül qəsəbəsi Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Qəsəbənin şimal-qərb hissəsi dağlıq-meşəlik ərazidir. (Apa.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki