Xocavənd şəhərində atəşfəşanlıq olacaq - FOTO/VİDEO

20 Sentyabr - Xocavənd Şəhəri Günü münasibətilə Xocavənd şəhərində genişmiqyaslı ictimai-mədəni tədbirlər təşkil olunub.

Referans Media xəbər verir ki, tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Tədbirin keçirilməsində məqsəd Xocavəndin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini qeyd etmək, xalqımızın zəfər tarixini yaşatmaqdır.

Günün sonunda Xocavənd Şəhəri günü münasibətilə atəşfəşanlıq gözlənilir.












  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki