Referans Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb.
Bildirilib ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.






















