İranda nə baş verir? Rejimə qarşı üsyan, 544 ölü, ABŞ müdaxilə siqnalı verdi

İranın milli valyutasının kəskin dəyər itirməsindən sonra başlayan etiraz aksiyaları qısa müddətdə ölkə miqyasında rejim əleyhinə kütləvi nümayişlərə çevrilib. İnsan haqları təşkilatlarının məlumatına görə, indiyədək etirazlar zamanı 544 nəfər həyatını itirib, on minlərlə şəxs saxlanılıb.

1. Etirazlar necə başladı?

28 dekabr 2025-ci ildə Tehranda iqtisadi çətinliklər və inflyasiya səbəbilə satıcıların etirazları ilə start götürdü Qısa zamanda digər şəhərlərə yayıldı Mağazalar bağladı, minlərlə insan küçələrə çıxdı Aksiyalar tədricən rejim əleyhinə şüarlarla müşayiət olundu

2. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi

İlk günlərdə polis sərt müdaxilə etmədi Sonradan gözyaşardıcı qaz, rezin güllə və silahlı qarşıdurmalar başladı Bir çox şəhərdə dövlət binaları və polis maşınları yandırıldı Hakimiyyət ölkə üzrə interneti kəsdi, rabitə ciddi şəkildə məhdudlaşdırıldı

3. İran rəhbərliyinin mövqeyi

Ali dini lider Əli Xamenei etirazların iqtisadi səbəblərini qismən haqlı saysa da, aksiyaları “xarici qüvvələrin təxribatı” adlandırdı “Xaos yaradanlara güzəşt olmayacaq” mesajı verdi Prezident Məsud Pezeşkian isə etirazçıların nümayəndələri ilə dialoq qurulacağını bildirdi və iqtisadi problemlərə görə məsuliyyəti hökumətin üzərinə götürdü

4. ABŞ və İsrailin reaksiyası

ABŞ Prezidenti Donald Tramp etirazçıların öldürüləcəyi təqdirdə İrana “sərt zərbə” ilə hədələdi İsrailin Baş naziri Beniyamin Netanyahu İran xalqının “azadlıq mübarizəsini dəstəklədiklərini” açıqladı Tramp Starlink vasitəsilə İranda internetin bərpasını da gündəmə gətirdi

5. Ölən və saxlanılanların sayı HRANA-nın məlumatına görə: 544 nəfər həlak olub (onlardan 8-i uşaqdır) , 10 681 nəfər saxlanılıb Rəsmi Tehran etirazçılarla bağlı dəqiq rəqəmlər açıqlamır

6. ABŞ-ın mümkün müdaxiləsi

ABŞ mediası Vaşinqtonda İrana qarşı mümkün ssenarilərin müzakirə edildiyini yazır

Masada olan variantlar: Kiberhücumlar Starlink vasitəsilə informasiya dəstəyi Hərbi hava zərbələri (hələlik ehtiyatlı yanaşma var) Pentaqon açıq hərbi müdaxilənin etirazları zəiflədə biləcəyindən ehtiyatlanır

7. İranın cavab mesajı

Tehran hərbi müdaxilə halında regiondakı ABŞ bazalarının legitim hədəf olacağını açıqlayıb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki