image-cin-iran-daki-vatandaslarina-ulkeyi-terk-etmeleri-19777658_6688_ampbackend

Çin vətəndaşlarına xəbərdarlıq etdi: İranı dərhal tərk edin

Çin hakimiyyəti İran ərazisində olan vətəndaşlarına ölkəni tərk etmələri ilə bağlı çağırışını yenidən edib. Qərar bölgədə artan gərginlik və təhlükəsizlik risklərinin davam etməsi ilə izah olunur.

Referans Media xəbər verir ki, ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlardan sonra vəziyyət daha da qeyri-sabit hal alıb. Çin tərəfi bildirir ki, regionda təhlükəsizlik şəraiti “mürəkkəb, dəyişkən və proqnozlaşdırılması çətin” olaraq qalır.

Çinin Tehrandakı diplomatik nümayəndəlikləri vətəndaşlara İranı tərk etməyi və təhlükəsiz bölgələrə keçməyi tövsiyə edir. Həssas obyektlərdən, xüsusilə hərbi və dövlət qurumlarından uzaq durmağı məsləhət görür. Ölkədə qalanlara fövqəladə hallarda yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı tapşırır. Rəsmi xəbərdarlıqda qeyd olunur ki, bu çağırışlara baxmayaraq İrana səfər edən şəxslər ciddi risklərlə üzləşə və konsulluq dəstəyindən məhrum qala bilərlər.

Qeyd edək ki, Pekin rəhbərliyi oxşar xəbərdarlığı hələ fevralın 27-də – hücumlardan bir gün əvvəl də etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki