Çində “ağcaqanadlar” kəşfiyyat aparacaq

Çin kəşfiyyat aparmaq üçün ağcaqanada bənzər həşərat ölçüsündə dronlar hazırlayıb.

Referans Media  xəbər verir ki, dronların çəkisi 0,3 qramdan azdır.

Bu “ağcaqanadlar” qanadlarını saniyədə 500 dəfə çırpa bilir və müşahidə üçün kiçik sensorlar daşıya bilir. Ancaq mini dronların bir mənfi cəhət var: külək asanlıqla uçurur.

Gizli kəşfiyyat üçün hazırlanmış “döyüş ağcaqanadları” artıq təqdim edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki