image-clllll2222backend

ÇL: “İnter”in finaldakı rəqibi “Arsenal” olacaq, yoxsa PSJ?

Bu gün UEFA Çempionlar Liqasında son finalçı müəyyənləşəcək.

Referans xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində PSJ “Arsenal”ı qəbul edəcək.

İlk oyunda Fransa nəhəngi səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Bugünkü görüş saat 23:00-da başlayacaq.

Qeyd edək ki, həlledici qarşılaşmada oynayacaq ilk komanda dünən bəlli olub. “İnter” “Barselona”nı məğlub edərək finala yüksəlib və rəqibini gözləyir.

UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may

23:00. PSJ (Fransa) – Arsenal (İngiltərə)
İlk oyun – 1:0


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki