İradə yox, bioloji tələ: Ultra emal olunmuş qidalar asılılıq yaradır

Yeni elmi araşdırmalar göstərir ki, market rəflərində geniş yer tutan ultra emal olunmuş qidalar insanlarda klinik səviyyədə asılılıq yarada bilir və bu problem dünyada sürətlə yayılır.

Mütəxəssislərin sözlərinə görə, qida istehsalçıları şəkər, rafinə edilmiş karbohidratlar, duz və yağın xüsusi kombinasiyasından istifadə edərək insan beynində güclü həzz hissi yaradan məhsullar hazırlayırlar. Bu isə insanları həmin qidalara təkrar-təkrar yönəldir.

Araşdırmalara əsasən, cips, hazır keks, peçenye, pizza və dondurulmuş xəmir məmulatları ən yüksək asılılıq potensialına malik qidalar sırasındadır. Bu məhsullardakı rafinə edilmiş karbohidratlar qanda şəkərin sürətlə yüksəlməsinə, daha sonra isə kəskin enməsinə səbəb olur ki, bu da yenidən aclıq hissi yaradır.

Alimlər bildirirlər ki, ultra emal olunmuş qidaların qidalanmadakı payının cəmi 10 faiz artması belə piylənmə riskini 55 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini 50 faiz, 2-ci tip diabet ehtimalını isə 40 faiz artırır.

Bundan əlavə, bu qidaların insult, idrak zəifləməsi və həzm sistemi xərçəngləri ilə əlaqəli olduğu vurğulanır. Ekspertlər istehlakçıları məhsul etiketlərini diqqətlə oxumağa və qida seçimində daha ehtiyatlı olmağa çağırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki