Dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edildi

Ötən gecə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazidə 3 nəfər avtomobildə köməksiz vəziyyətdə qalıb.

Referans Media  xəbər verir ki, hadisə ilə bağlı FHN-ə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki