Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununa çıxıb.
Referans Media xəbər verir ki, D Liqasında yer alan yığma 2-ci qrupun görüşündə Litva seçməsinin qonağı olub.
Kaunas şəhərində baş tutan oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Oyunun baş hakimi Menelaos Antoniu olub.
Litva yığması daha öncə səfərdə Lixtenşteyni 2:0 hesabı ilə üstələyib.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
27 sentyabr
Litva – Azərbaycan 1:1
Qollar: Armandas Kuçis, 9 - pen. - Mahir Emreli, 14.
Baş hakim: Menelaos Antoniu (Kipr).
Kaunas. Darius və Girenas adına stadion.
Litva: 23. Djuqas Bartkus, 2. Artemiyus Tutişkinas, 3. Edqaras Utkus, 7. Artur Doljnikov, 10. Armandas Kuçis, 13. Yustas Lasickas (k), 14. Vikintas Slivka, 15. Qvidas Gineitis, 16. Lukas Miçelbrink, 18. Vilius Armalas, 21. Adrian Lickunas.
Ehtiyat oyunçular: 1. Edvinas Gertmonas, 12. Tomas Şvedkauskas, 4. Jiqmantas Baltrunas, 5. Kipras Kazukolovas, 6. Modestas Vorobyovas, 8. Domantas Şluta, 9. Manfredas Ruzqis, 11. Eliyus Yankauskas, 17. Faustas Steponaviçyus, 19. İqnas Venckus, 20. Rokas Lekiatas, 22. Motveyus Burba.
Baş məşqçi: Edqaras Yankauskas.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 15. Bədavi Hüseynov (k), 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 7. Toral Bayramov, 8. Emin Mahmudov, 11. Ayxan Hüseynov, 14. Elvin Bədəlov, 16. Oruc Məmmədov, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.
