İngiltərənin "Liverpul" klubu Fransa millisinin futbolçusu Orelyen Çuamenini heyətinə qatmaq istəyir.
Referans Media "Football Insider"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 26 yaşlı yarımmüdafiəçini 2027-ci ildə İspaniyanın "Real" komandasından almaq niyyətindədir.
Xatırladaq ki, Orelyen Çuameni 2022-ci ildən Madrid klubunda çıxış edir.
O, meydana çıxdığı 199 oyunda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
