Dəniz sahilində mina tapıldı

Rumıniyada Qara dəniz sahilində dəniz minası tapılıb.

Referans Media xəbər verir ki, mina Kapu-Midia hərbi poliqonunun yaxınlığında yerləşən çimərlik ərazisində aşkarlanıb.

Hadisə yerinə xüsusi təyinatlı mühəndis-istehkam bölmələri və təhlükəsizlik qüvvələri cəlb olunub.

Ərazi mühasirəyə alınıb, mülki şəxslərin girişinə məhdudiyyət qoyulub.

Minanın təhlükəsiz şəkildə zərərsizləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki