Rəsmi qərar verildi: Yeni bank fəaliyyətə başlayır

Türkiyədə bank sektorunda diqqətçəkən qərar qəbul olunub. Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) "Dost Katılım Bankı" AŞ-nin yaradılmasına rəsmi icazə verib.

Referans Media xəbər verir ki, Qərar Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib. Məlumata görə, yeni iştirak bankı 10 milyard lirə nizamnamə kapitalı ilə fəaliyyətə hazırlaşır.

Layihənin ən çox diqqət çəkən tərəflərindən biri isə bankın təsisçiləri arasında Türkiyənin iri pərakəndə satış şəbəkələrindən biri olan "BİM"in də yer almasıdır.

Qurucu tərəflər sırasında BİM "Birləşmiş Mağazalar" AŞ ilə yanaşı, "Desto Tullantıların İdarə Edilməsi" AŞ, "Dost Qlobal Konsaltinq" AŞ, GDP "Qida Qablaşdırma Sənayesi və Ticarət" AŞ və Es Qlobal Qida Sənayesi Ticarəti AŞ da iştirak edir.

BDDK-nın qərarı ilə bankın yaradılmasına hüquqi əsas verilsə də, "Dost Katılım Bankı"nın birbaşa fəaliyyətə başlaması üçün növbəti mərhələdə ayrıca fəaliyyət icazəsi alınmalıdır. Lazımi prosedurlar tamamlandıqdan sonra bank rəsmi olaraq xidmət göstərməyə başlayacaq.

Yeni iştirak bankının bazara daxil olması Türkiyənin maliyyə sektorunda rəqabətin daha da güclənəcəyi ilə bağlı gözləntiləri artırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki