DünyaNepal prezidenti istefa verdi

   Nepal prezidenti Ramçandra Paudel istefa verib.

Referans .az  xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Bundan əvvəl Paudelin iqamətgahının etirazçılar tərəfindən yandırıldığı, daha sonra ordu tərəfindən onun təxliyə edildiyi bildirilmişdi.

Məlumatlara görə, etirazçılar Katmanduda Ali Məhkəmənin binasını və Baş Prokurorluğun ofisini də yandırıblar. Həmçinin baş nazirin və digər nazirlərin iqamətgahlarına hücum olunub. Nümayişçilər həmin binalarda sənədləri, o cümlədən cinayət işlərinə dair dosyeləri məhv ediblər.

Qeyd edək ki, etirazlar Nepal hakimiyyətinin sosial media platformalarına qadağa qoyması ilə başlayıb. Katmandu və digər böyük şəhərlərdə keçirilən aksiyalar polislə toqquşub. Toqquşmalar nəticəsində 19 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Daha sonra qadağa aradan qaldırılıb və Nepalın baş naziri Şarma Oli istefa verib. Etirazların əsas iştirakçılarını tələbələr və gənclər təşkil edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki