image-gerald-ford-ucak-gemisinde-yangin-cikti-19651465_4451_ampbackend

Dünyanın ən böyük gəmisində yanğın: 2 dənizçi yaralandı

ABŞ Hərbi Dəniz Qüvvələri, Qırmızı dənizdə yerləşən USS Gerald R. Ford təyyarədaşıyan gəmisində yanğın baş verdiyini açıqlayıb. Xəbərdə bildirilir ki, yanğın hər hansı bir hərbi əməliyyat və ya xarici müdaxilə ilə əlaqədar deyil, gəmidə baş verən qəzadan qaynaqlanıb.

Referans Media xəbər verir ki, yanğın zamanı iki dənizçi yüngül xəsarət alıb və gəmidəki tibbi heyət tərəfindən müalicə olunub. Qısa zamanda nəzarət altına alınan yanğın gəminin əməliyyat qabiliyyətinə təsir etməyib.

Təxminən 13 milyard dollar dəyərində olan USS Gerald R. Ford (CVN 78) dünya tarixinin ən bahalı və qabaqcıl hərbi gəmisi kimi tanınır. ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni nəsil təyyarədaşıyan gəmilərinin ilk üzvü olan bu nəhəng gəminin uzunluğu 333 metrdir və 75-dən çox təyyarə daşıya bilir. Ənənəvi buxarla işləyən buraxılış sistemləri əvəzinə, o, ən müasir Elektromaqnit Təyyarə Buraxma Sistemindən (EMALS) istifadə edir və nüvə reaktorları sayəsində 20 il yanacaq doldurmadan işləmək qabiliyyətinə malikdir.

Yanğın gəmidə ciddi zərərə səbəb olmasa da, hadisə ABŞ hərbi dəniz qüvvələri üçün diqqət mərkəzindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki