Homo sapienslərin mövcudluğu təxminən 209 min il əvvələ gedib çıxır. İnsanlıq tarixinin izlərini daşıyan ən qədim yaşayış məskənlərinin tarixi isə 12 min il əvvələ qədər uzanır. Neolit dövrü ilə birlikdə torpağı becərməyi öyrənən insanlar yeni şəhərlər salmış, onlardan bəziləri bu günədək gəlib çatmışdır.
Türkiyədə də dünyanın ən qədim şəhərləri sırasına daxil olan məkanlar var Çatalhöyük, Konya
Bu gün Konya vilayətinin sərhədləri daxilində yerləşən Çatalhöyükdə e.ə. 7400-cü ilə aid yaşayış qatları aşkarlanıb. Şərq və Qərb olmaqla iki höyükdən ibarət olan bu şəhərin şərq hissəsində Neolit dövrünə, qərb hissəsində isə Kalkolit dövrünə aid yaşayış izlərinin olduğu qeyd edilir.
Türkiyənin ən mühüm mədəni irslərindən biri sayılan Çatalhöyük 2012-ci ildə UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilib.
Dülük, Qaziantep
Qaziantep Türkiyənin ən qədim şəhərlərindən biridir. Şəhərin ən qədim antik yaşayış məskəni olan Dülük Hetitlər dövrünə aid olub, tarixi təxminən 6700 il əvvələ gedib çıxır.
Dülükdə Mis dövrünə aid tapıntılarla yanaşı, eyni zamanda məlum olan ən qədim riyazi əməliyyatların izləri də aşkar edilib. Şəhərin simvollarından sayılan Qaziantep qalası isə VI əsrdə romalılar tərəfindən bərpa olunub.
