image-zelzele_deprembackend

Egey yenə silkələndi: Muğlada təşviş yaşandı

Egey dənizində, Krit adası yaxınlığında 5.9 bal gücündə zəlzələ baş verib. AFAD-ın yaydığı məlumata görə, yeraltı təkanlar təxminən 7 kilometr dərinlikdə qeydə alınıb.

Referans Media xəbər verir ki, zəlzələ Türkiyəyə yaxın ərazidə baş verdiyi üçün Muğla və ətraf ərazilərdə də hiss olunub. Sakinlər arasında qısa müddətli təşviş yaşanıb, insanlar təhlükəsizlik məqsədilə açıq ərazilərə çıxıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində insan itkisi və ya ciddi dağıntı barədə rəsmi açıqlama verilməyib. Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxladıqlarını bildiriblər.

Mütəxəssislər qeyd edir ki, Egey dənizi regionu aktiv seysmik zonada yerləşdiyindən burada tez-tez zəlzələlərin baş verməsi adi haldır. Bölgədə kiçik və orta güclü yeraltı təkanlar mütəmadi qeydə alınır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki