Türkiyənin Batman vilayətinin Gercüş rayonunda mərcimək biçini zamanı maraqlı hadisə yaşanıb. Sahədə işləyən şəxslər qeyri-adi ölçüləri ilə diqqət çəkən böyük bir çəyirtkə ilə qarşılaşıblar.
Referans Media xəbər verir ki, hadisə zamanı ərazidə olan Salih Kavak gördükləri canlını mobil telefonla lentə alıb. Onun sözlərinə görə, əvvəlcə çəyirtkənin ölçüsü onları təəccübləndirib və canlıya zərər vermədən yaxından müşahidə ediblər.
Daha sonra çəyirtkəyə kiçik bir qida parçası verildiyi və onun bunu qəbul etdiyi görüntülərdə əks olunub. Bundan sonra canlı yenidən təbii mühitə buraxılıb.
Yerli sakinlərin sözlərinə görə, bölgədə zaman-zaman bu tip iri ölçülü çəyirtkələrə rast gəlinir. Bildirilir ki, bu həşəratlar əsasən digər kiçik həşəratlarla qidalana bilir və kənd təsərrüfatı zərərvericiləri ilə qidalandığı da qeyd olunur.
Hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb və görüntülər qısa zamanda geniş yayılıb.
