Çempionlar Liqasının Liqa mərhələsinin I turu üzrə bu gün keçiriləcək “Kopenhagen” (Danimarka) – “Bayer” (Almaniya) oyununu Əliyar Ağayev idarə edəcək.
Referans.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:45-da baş tutacaq oyunda onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Bu, 37 yaşlı hakimin ÇL-da 5-ci oyunu olacaq. Maraqlısı budur ki, onun Avropanın ən mötəbər turnirindəki ilk oyunu da “Kopenhagen”in matçı olub.
