Kreml Ermənistanın Avropa İttifaqına inteqrasiya cəhdləri fonunda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin birgə bəyanatını yayımlayıb.
Referans Media xəbər verir ki, Bəyanatda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Qırğızıstan Prezidenti Sadır Japarov Ermənistanın Avropa İttifaqına üzvlük və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması məsələsi ilə bağlı ümumxalq referendumu keçirməsinin vacibliyini vurğulayıblar.
“Ermənistan Respublikasında mümkün qədər qısa müddətdə Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqının tərkibində qalmaq məsələsi üzrə ümumxalq referendumunun keçirilməsinin zəruriliyi ilə bağlı mövqeni bölüşürük”, – deyə Kremlin saytında dərc olunan bəyanatda bildirilir.
Sənəddə qeyd olunub ki, Ermənistanın Aİİ-dən çıxmasının mümkün nəticələri barədə hesabat 2026-cı ilin dekabr ayında təqdim ediləcək.
Bəyanatda həmçinin vurğulanıb ki, Ermənistanın Avropa İttifaqına üzvlüyə hazırlığı Aİİ dövlətlərinin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yaradır.
