Fənərbaxçanın heyətdən kənarlaşdırılan təcrübəli milli qapıçı Mert Günokla razılığa gəldiyi bildirilir.
Referans Media xəbər verir ki, transfer çalışmalarını davam etdirən sarı-lacivərtlilər, son olaraq Anthony Musabanı heyətinə qatdıqdan sonra qapıçı mövqeyi üçün də hərəkətə keçib. Klubun, Beşiktaşın yollarını ayırmaq qərarı verdiyi Mert Günoku transfer etmək istədiyi qeyd olunur.
Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, Fenerbahçə 36 yaşlı qapıçı ilə 2,5 illik müqavilə üzrə razılıq əldə edib.
Mert Günok bu mövsüm Beşiktaş forması ilə 13 oyuna çıxıb və qapısında 21 qol görüb.























