"Fənərbaxça"nın prezidenti Aziz Yıldırım İsmayıl Kartalın istefa bəyanatından sonra açıqlama verib.
Referans Media xəbər verir ki, "Roma" matçından sonra İsmayıl Kartalın istefası ilə bağlı açıqlama verən Aziz Yıldırım deyib:
"İstefa edəcəyindən xəbərim olsaydı, bura gələrdim? Heç birimizin xəbəri yox idi. Camiənin dəyərlərinə kimsə sahib çıxmır. "Komanda zəifdir" deyərək "Fənərbaxça"nın Çempionlar Liqasına vəsiqə qazanmasını belə sorğuladılar. Hər kəs prezidentin və baş məşqçinin əvəzinə qərar verir. Hər kəs sakit olacaq və gözləyəcək".
Kartalın istefasının klub rəhbərliyi ilə bağlı olmadığını qeyd edən Yıldırım sözlərinə belə davam edib:
"Bu axşam İsmayıl Kartalın başına şüşə butulka atdılar! Səbəb budur, ona görə əsəbiləşib. İsmayıl Kartal vəzifəsinin başındadır, ancaq camiə də ona sahib çıxmalıdır. Başına şüşə atmaqla sahib çıxmaq olmaz".
