"Real" Arda Gülerlə bağlı qərarını verdi: Gedir, ya qalır?

İspaniyanın "Real Madrid" klubu türk yarımmüdafiəçisi Arda Gülər ilə yeni müqavilə bağlamağa hazırlaşır.

Referans Media xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı futbolçunun sözləşməsinin müddətini 2032-ci ilə qədər uzadacaq.

Yeni anlaşmaya əsasən, gənc ulduzun komandadakı roluna uyğun olaraq maaşında artım nəzərdə tutulub.

Razılaşmanın yaxın saatlarda rəsmən açıqlanması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki