"Fənərbaxça"da gözlənilməz ŞOK: Baş məşqçi canlı yayımda İSTEFA VERDİ - VİDEO

"Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartal tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

Referans Media xəbər verir ki, təcrübəli mütəxəssis bu qərarını Çempionlar Liqası çərçivəsində keçirilən "Roma" matçından sonrakı mətbuat konfransında açıqlayıb.

Görüşü dəyərləndirən Kartal əvvəlcə komandasının oyunundan razı qaldığını bildirib:

"İlk növbədə bu axşamkı oyunda verdiyim tapşırıqları dəqiqliklə yerinə yetirən futbolçularımı təbrik edirəm. Çempionlar Liqasına yaraşan futbol nümayiş etdirdik. Qələbə qazana bilərdik, çox aydın qol epizodlarımız var idi. Matç heç-heçə başa çatdı, lakin mən oyunçularımla fəxr edirəm".

Jurnalistlərin suallarını cavablandırmaqdan imtina edən baş məşqçi istefa qərarını bu sözlərlə elan edib:

"3 aydır buradayam. Mövsümün əvvəlindən bu günə qədər futbolçularımla birgə keçirdiyimiz məşqlər, düşərgələr... Prezident və rəhbərlik bizə hər mövzuda dəstək olmağa çalışdı. Çox gözəl günlərimiz oldu. Lakin bu axşam vəzifəmdən istefa verirəm – bir daha əsla geri qayıtmamaq şərti ilə! Futbolçu qardaşlarıma təşəkkür edirəm. Klubun önünü açmaq üçün belə bir qərar qəbul etdim".

Qeyd edək ki, İsmayıl Kartalın bu mövsüm "Fənərbaxça"dakı statistikası belə olub:

Matç sayı: 11

Qələbə: 6

Heç-heçə: 3

Məğlubiyyət: 2

Xal ortalaması: 1.91


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki