Fərhad Yalquzağın ölümünün təfərrüatları bilindi: bıçaqla… backend

Fərhad Yalquzağın ölümünün təfərrüatları bilindi: bıçaqla… 

  Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Referans xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb.

Məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüd Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və o qanaxmadan vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki