Fransada yenidən qırmızı hava xəbərdarlığı elan olunub

Fransada güclü istilər səbəbindən ikinci dəfə ən yüksək – qırmızı hava xəbərdarlığı elan edilib.
Referans Media Oxu24.com-a istinadən xəbər verir ki, xəbərdarlıq Paris də daxil olmaqla İl-de-Frans bölgəsini əhatə edir. Ölkənin böyük hissəsində isə narıncı təhlükə rejimi qüvvədədir.
Meteoroloqlar həftəsonu Parisdə havanın temperaturunun 35 dərəcəni, bəzi bölgələrdə isə 41 dərəcəni keçəcəyini proqnozlaşdırırlar. Şənbə günü ölkənin 24 departamentində qırmızı xəbərdarlıq qüvvədə olacaq.
Mütəxəssislər əhaliyə zəruri olmadıqca açıq havada uzun müddət qalmamağı və isti havadan qorunmaq üçün ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edirlər.
Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki