Fransada yeni istilik dalğası səbəbindən 21 bölgədə narıncı hava xəbərdarlığı elan olunub.
Fransa Meteorologiya Xidməti (Meteo-France) bildirib ki, yanğınların davam etdiyi Jirond (Gironde) və Land (Landes) bölgələri də daxil olmaqla, əsasən ölkənin cənubundakı ərazilərdə yüksək temperatur gözlənilir.
Bununla yanaşı, 29 bölgədə yüksək, Mozel (Moselle) və Mört-et-Mozel (Meurthe-et-Moselle) bölgələrində isə çox yüksək meşə yanğını riski elan edilib.
İyulun 22-dən davam edən Jirond yanğını nəticəsində 42 min hektardan çox ərazi yanıb, 220 mindən artıq insan təxliyə edilib. Yanğın qismən nəzarətə götürülüb və 84 min sakinin evlərinə qayıtmasına icazə verilib.
Fransada ilin əvvəlindən bəri baş verən yanğınlar nəticəsində ümumilikdə 116 min hektar ərazi məhv olub.
