Fransanın cənub-qərbində hava keyfiyyəti təhlükəli səviyyəyə çatıb

Fransanın cənub-qərbində davam edən meşə yanğınları səbəbindən Gironde, Landes, Dordogne və Lot-et-Qaron vilayətlərində hava keyfiyyəti təhlükəli səviyyəyə düşüb.

Yerli səhiyyə qurumunun məlumatına görə, havadakı zərərli xırda hissəciklərin miqdarı kəskin artıb. Rəsmilər xüsusilə uşaqları, yaşlıları və tənəffüs xəstəliklərindən əziyyət çəkən şəxsləri ehtiyatlı olmağa çağırıblar.

Səlahiyyətli qurumlar əhaliyə maska taxmağı, zərurət olmadıqca evdən çıxmamağı və pəncərələri bağlı saxlamağı tövsiyə edib. Hökumət isə ehtiyacı olan şəxslər üçün 2,5 milyon maskanın paylanacağını açıqlayıb.

Qeyd edək ki, Fransa tarixinin ən ağır meşə yanğınları mövsümlərindən birini yaşayır. İlin əvvəlindən indiyədək 98 min hektardan çox ərazi yanıb və bir sıra bölgələrdə alov hələ də nəzarət altına alınmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki