image-yuk-qatarbackend

Goranboyda yeniyetmə qatarın üzərində faciəvi şəkildə öldü

Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Referans Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib.

İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb./report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki