Göyçay rayonunda meyit tapılıb.
Referans Media xəbər verir ki , hadisə martın 10-da qeydə alınıb.
Göyçay şəhər sakini 1982-ci il təvəllüdlü Emil Fərhad oğlu Babayevin meyiti şəhərin ərazisindən keçən “Göyçay” çayının kənarında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətlərinin görünmədiyi bildirilir.
Araşdırma aparılır.






















