Əziz Yıldırım “Fənərbaxça” ilə bağlı gözlənilən açıqlamasını verib. Uzun müddətdir onun yenidən prezidentliyə namizəd olub-olmayacağı müzakirə mövzusu idi.
Referans Media xəbər verir ki, TV100-ə danışan Yıldırım bildirib ki, hələlik namizədliklə bağlı qəti qərar verməyib. O, “Hər şey aydınlaşsın, sonra danışacağam” sözləri ilə mövqeyini ifadə edib.
Təcrübəli futbol funksioneri qeyd edib ki, onun əsas məqsədi klubun maraqlarıdır: “Mənim mütləq prezident olmaq kimi bir dərdim yoxdur, amma “Fənərbaxça”ya fayda verə biləcək bir quruluş olarsa, o zaman dəyərləndirərik.”
Yıldırım həmçinin haqqında yayılan bəzi iddiaları təkzib edib və digər namizədlərlə görüşdüyü barədə xəbərlərin doğru olmadığını bildirib. “Heç kimlə görüşməmişəm” deyə o, açıqlamasında vurğulayıb.
“Fənərbaxça”da keçiriləcək seçkilər öncəsi bu açıqlama böyük maraq doğurub və gözlər Yıldırımın verəcəyi son qərara yönəlib.























