1990–cı illərdə müxtəlif dövlət qurumlarında hüquq sahəsində çalışıb. Daha sonra uzun müddət Azərbaycan Respublikası Prezidenti Administrasiyasında və digər rəsmi strukturlarda məsləhətçi və ekspert kimi fəaliyyət göstərib. 2010–2015-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub. Parlamentdə İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, habelə Beynəlxalq münasibətlər ilə bağlı komitələrin işində iştirak edib.
Gültəkin Hacıbəyli Mahmud Mehdiyevlə evli olub.Sonradan onlar arasında ciddi problemlər olduğu üçün ərindən ayrılıb.Bir oğlu var.
Filologiya elmləri namizədidir.
Xəbər verdiyimiz kimi, Gültəkin Hacıbəyli 30 noyabrda Türkiyədə polislər tərəfindən saxlanılıb və İstanbul polis idarəsinə gətirilib. Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyev işi”ndə hallanır. O bildirib ki, böyük ehtimalla Azərbaycana deportasiya olunacaq. /oxu24.com






















