Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili korrupsiya ilə bağlı cinayətlərdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.
Referans Media xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
Məhkəmə Liluaşvilini ona qarşı irəli sürülən dörd epizod üzrə təqsirli hesab edib. Bunlar uşaq bağçalarının idarə olunması agentliyi ilə bağlı cinayət əməlləri, dələduzluqla məşğul olan “çağrı mərkəzləri”nin fəaliyyətinə himayədarlıq və iqtisadiyyat nazirinin sabiq müavini Romeo Mıkautadzenin vasitəsilə rüşvət almağın iki epizodudur./Publika.az
