Lavrovdan İrəvana xəbərdarlıq: “Bunu etmək niyyətində deyilik”

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Avropa İttifaqına üzvlük istiqamətini və bununla bağlı məsələləri müzakirə etmək üçün ayrıca ikitərəfli görüş keçirmək barədə razılığa gəlib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Prezident Putin və Baş nazir Paşinyan Bişkekdə görüşdülər. Onlar bütün bunları açıq şəkildə müzakirə etmək üçün ayrıca ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər”, – deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, görüş daha sonra baş tutacaq. Rusiya XİN rəhbəri qeyd edib ki, Moskva Ermənistanın tərəfdaşlarını və inkişaf istiqamətini seçməsinə mane olmaq niyyətində deyil.

Bununla belə Lavrov bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqına üzvlüyə hazırlığını ölkəyə verilən güzəştlər hesabına maliyyələşdirmək niyyətində deyil.

Qeyd edək ki, Putin və Paşinyan sentyabrın əvvəlində Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki