Şirvan səhiyyəsinə ağır itki üz verib.
Uzun illər körpələrin sağlamlığına xidmət edən həkim-neonatoloq Teyranə Ərzuman qızı Xanmirzəyeva vəfat edib.
Xanmirzəyeva Teyranə Ərzuman qızı 27 mart 1954-cü ildə Şirvan şəhərində anadan olub.
Əmək fəaliyyətinə Şirvan şəhəri Uşaq Poliklinikasında sahə həkimi kimi başlayan Teyranə Xanmirzəyeva 1990-cı ildən Şirvan şəhəri Uşaq Xəstəxanasının doğum şöbəsində həkim-neonatoloq kimi fəaliyyət göstərib./Unikal/
