Hamını qovdular, dörd nəfər saxladılar…backend

Hamını qovdular, dörd nəfər saxladılar…

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Berlin “Dinamo” sunda qalıb.

Referans yerli mətbuata istinadən xəbər verir ki, Regional Liqa təmsilçisi az sayda oyunçunu heyətdə saxlayıb ki, onlardan biri də Dadaşov olub.

Heyətində köklü islahatlar aparan Berlin təmsilçisi artıq 14 yerli futbolçu transfer edib. Komandanın yay təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə ötən mövsümdəki heyətdən cəmi 4 nəfər qatılıb.

Bir neçə futbolçu zədə səbəbindən kollektivdən uzaq qalıb. Məşqçilər korpusu növbəti mövsüm də 33 yaşlı Dadaşovun xidmətindən yararlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki